"Şuşa ili" ilə əlaqədar açıq dərslər davam edir

 Məktəbimizin tarix müəllimi Kəmalə Həsənova 9e, 9ç siniflərində Zəfər tarixi fənnindən "Sağlığında "Milli Qəhrəman"adı alan igid" mövzusunda açıq dərs təşkil etdi. Dərsdə 2016-cı il aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda vuruşarkən göstərdiyi şücaətə görə "Milli Qəhrəman" adına layiq görülmüş polkovnik Şükür Həmidovun həyat və döyüş yolu barədə məlumat verildi. Qeyd edildi ki, könüllərdə yaşayan  Şükür Həmidov 2-ci Qarabağ müharibəsində  misilsiz qəhrəmanlıqlar nümayiş etdirmiş və Qubadlı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Maraqlı müzakirələr keçirildi.
 Dərsin sonunda şagirdlər "Heç kim unudulmur, heç nə yaddan çıxmır" sənədli filmini izlədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi