“İmzalı görüş “ layihəsi çərçivəsində məktəb kitabxanasında Süleyman Sani Axundovun bədii əsərləri ilə bağlı tədbir keçirildi
Məktəbimizdə fəaliyyət planına uyğun olaraq “İmzalı görüş “ layihəsi çərçivəsində məktəb kitabxanasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Süleyman Sani Axundovun bədii əsərlərinin şagirdlər tərəfindən müzakirəsi təşkil olundu. Tədbir dəyirmi masa ətrafında şagirdlərin diskusiyası şəklində keçirildi. Burda məqsəd mütaliə vərdişlərini təkmilləşdirmək və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına nail olmaq idi. Tədbirdə məktəbin rəhbərliyi, Axundov adına Milli Kitabxananın Biblioqrafı Sadıqova Yasəmən, ədəbiyyat müəllimləri və VIII sinif şagirdləri iştirak edirilər.