X Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi

07.10.2016-cı il tarixdə Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan X Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirildi. Sahənin bütün professionallarını bir araya gətirən bu unikal işgüzar platformada bizim məktəbin də IX-X sinif şagirdləri və müəllimləri iştirak etdi. Sərgidə şagirdlərimiz Almaniya, Latviya, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin təhsil proqramı ilə tanış oldular. Ümumilikdə sərgi çərçivəsində bakalavr, magistratura, aspirantura, o cümlədən ikinci ali təhsil və "MBA" proqramı, işgüzar xarici dil kursları, təcrübə və treninqlər təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi