"Azərbaycan təhsili müstəqillik illərində" adlı hesabat - konfrans baş tutdu

Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin binasında "Azərbaycan təhsili müstəqillik illərində" adlı hesabat - konfrans baş tutdu. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyevanın geniş və məzmunlu məruzəsində son 20 ildə təhsildə qazanılan uğurlu nəticələrə, problem və çətinliklərə, qarşıda duran həll edilməli məsələlərə toxunuldu. Məruzənin slaydlarındakı qrafiklərdən də Binəqədi rayonunun təhsil göstəricilərinin ilbəil artdığı da aydın hiss olunurdu.Sonra Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Bakı baş Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov çıxış edərək Azərbaycan təhsilində və elmində aparılan köklü islahatlardan və qazanılan uğurlardan danışdılar. Ən sonda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov çıxış edərək qonaqlara hörmət və ehtiramını bildirərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil strategiyasından danışdı. Sonda Binəqədi rayonu üzrə tam orta məktəblərdən məzun olmuş 600 baldan yuxarı nəticə göstərən tələbələrin mükafatlandırılması və bədii hissə ilə tədbir yekunlaşdı.Tədbirdə bizim məktəbimizin də 600-dən yüksək nəticə göstərən məzunları, 10a sinif şagirdi, ecazkar səsi ilə könülləri riqqətə gətirən Ələsgərli Abbasəli və böyük ürəkləri fəth edən balaca istedadlarımız - 4b sinif şagirdlərinin xoru da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi