"Qarabağ həftəsi" layihəsinə yekun vuruldu

Bİnəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Binəqədi məktəbləri arasında keçirilən "Qarabağ həftəsi" layihəsinə yekun vuruldu. 24.06.2016-cı il tarixdə "26 iyun Silahlı Qüvvələr günü" münasibətilə "Qarabağ dastanı" mövzusunda qala konsert keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət orqanlarının,Milli Məclisin deputatları, Binəqədi rayonunun rəhbər orqanlarının başçıları iştirak edirdi. Tədbirdə layihədə qalib gələn məktəblər mükafatlandırıldı. Qaliblər sırasında bizim məktəb də var. Şagirdlərimizin ifası çıxış edənlərin hər birinin nitqində məxsusi qeyd olundu. Direktorumuz N.Əsədovaya kubok , şagirdlərimizə isə fəxri fərmanlar təqdim edildi. TƏBRİKLƏR 3 SAYLI MƏKTƏB!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi