“Azərbaycan Səninlədir - Sənsiz deyil” VI yaradıcılıq festivalı keçirilmişdir

09 iyun 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 əli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş “Azərbaycan Səninlədir-Sənsiz deyil” VI yaradıcılıq festivalı keçirilmişdir.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllüləri, müəllimlər və valideynlər iştirak etmişlər. Festival orta ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) - üzrə keçirilmişdir.Festivalın müsabiqə mərhələsinə 18 fevral 2016-cı il tarixdə start verilmiş, 05-06 aprel 2016-cı il tarixlərdə isə münsiflər heyəti tərəfindən seçim turu keçirilmişdir. Sonda 140 nəfər şagird yekun konsert proqramında iştirak hüququ qazanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi