Məktəbimizin 3 b sinif şagirdləri İçərişəhər Tarixi Muzeyinə ekskursiya etmişlər

Məktəbimizin ibtidai sinif müəllimi Ləman Azadova ilə sevimli üçüncüləri ilə birlikdə İçərişəhər Tarixi Muzeyinə ekskursiya etmişlər. Hər zaman fərqliliyi ilə seçilən sinif bu dəfə şəhərimizin sakinlərini və muzeyi ziyarət edən xarici vətəndaşları sözün əsil mənasında təəccübləndirməyi bacardılar. Azərbaycanın Milli Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan körpələr tariximizi yaşadan qala divarları arasına canlılıq gətirdi. Möhtəşəm görüntü hər kəsi heyran edən şagirdlərimiz muzeyin ayrı-ayrı sahələrini gəzərək bələdçilərin köməyilə bir anlıq keçmişimizə qayıtdılar. Maraqla dinlədikləri hər məlumatı yadda saxlamağa çalışdılar. Hələ əzbər bildikləri milli -vətənpərvərlik ruhunda olan şeirlərini də orada söyləyərək doğma torpağa, Vətənə nəq ədər bağlı olduqlarını nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi