Məktəbimizdə "BREYN RİNQ" yarışması keçirildi

06.05.2016-cı il tarixdə məktəbimizdə dəqiq və təbiət fənləri əhatə edən mövzular əsasında təşkil edilmiş "BREYN_RİNQ" yarışması keçirildi. Yarışda 8-9 siniflər üzrə 6 komanda iştirak edirdi. "EVEREST" , "ZƏKA", "MEGA MİND", "DİNAMİT", "XƏMSƏ", "SKARPİON", "ELEMENT" komandalarından ibarət komanda üzvləri biri-birindən maraqlı,düşündürücü və məntiqli sualları cavablandırdılar. Cavabları münsiflər heyəti dəyərləndirirdi. Yarışın sonunda ən çox bal toplamış üç komandaya fəxri fərman verildi. Məktəbin direktoru N.Əsədova tədbirdən məmnun qaldığını, şagirdlərin iştirakını həyəcanla izlədiyini və belə görüşlərin intensiv keçirilməsinin vacibliyini vurğulayaraq qalib komandaları təbrik etdi. Nəticələrə əsasən "ELEMENT" komandası birinci, "DİNAMİT" komandası ikinci, "EVEREST" komandası üçüncü yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi