“Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”
30.04.2016-cı il tarixdə V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası” keçirildi. Olimpiadanın I turunda məktəbimizin 30 şagirdi iştirak etdi. Nəticələrə görə 15 şagirdimiz II tura vəsiqə alıb. V ç sinif şagirdi Haqverdili Oğuz Kənan oğlu olimpiada suallarına 28 doğru cavab verərək məktəb üzrə ən yüksək bal yığmışdır. II tura keçmiş şagirdlərimizə 15.05.2016-cı il tarixdə keçiriləcək bilik yarışında uğurlar arzulayırıq.