Məktəbimizdə yenidən dezinfeksiya işləri

Ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətlə əlaqədar dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müvafiq müqavilələr əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Həmçinin mövsümi virusların yayılma ehtimalına qarşı ənənəvi olaraq təhsil müəssisələrində profilaktiki tədbirlərin aparılması davam etdirilir.

Koronavirusla mübarizə çərçivəsində və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə məktəbimizdə yenidən dezinfeksiya işləri aparılıb. Məktəb binasi, sinif otaqları, yeməkxana, idman zalı və digər otaqlar xususi maddə vasitəsi ilə dezinfeksiya edilib.

3 nömrəli tam orta məktəb yolunuzu gözləyir, əziz şagirdlərimiz !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi