“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”

            Fevralın 17-də tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədovanın təşəbbüsü ilə 8a sinfində tarix fənn müəllimi Vətən Hüseynov “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” başlığı altında seminar keçirib. Müəllim seminarda vurğulayıb ki, vətəndaş ruhunda tərbiyə şagirdlərin yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi mənasına gəlir. Bunun üçün o şagirdlərə Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini dərindən bilməyi tövsiyə edib. Vətənpərvərlik hissinin insanın Vətəninə, ailəsinə sevgisindən, milli və mənəvi dəyərləri üçün qürur hissindən və Vətənin müdafiəsinə hər an hazırlığından ibarət olduğunu söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi