“İnsan alveri və cəmiyyət”

Fevralın 14-də məktəbin 9a sinfində tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədovanın təşkilatçılığı ilə “İnsan alveri və cəmiyyət” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri bu mövzuda maarifləndirmək, onları məlumatlandırmaq, insan alverinin genişlənməsinin səbəbləri və bu prosesin qarşısının alınmasında cəmiyyətin dəstəyi yollarının işıqlandırılması olub.  

Şagirdlər tədbirdə insan alverinin hansı məqsəd və üsullarla törədilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində görülən işlər haqqında əldə etdikləri məlumatları bölüşüb, təqdimat nümayiş etdiriblər. Fənn müəllimi Labüdə Kərimova da onlara məlumat verib və bu mövzuda ətraflı nitq söyləyib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi