Dərsdinləmə

Fevralın 13-də məktəbin kimya fənn müəllimi Ziyafət Abbasovun IXB sinfindəki dərsi dinlənilib. Fosfor mövzusunda olan dərs şagirdlər üçün olduqca maraqlı və yadda qalan keçib. Müəllim lövhədə reaksiyaları qeyd edib, şagirdlərin köməyi ilə reaksiyaların nəticəsini yazıb və birlikdə müzakirə edib, şagirdlərin öz biliklərindən istifadə edərək fosfor barədə məlumat verib. Sonra qruplara işçi vərəqləri paylayıb. İşçi vərəqləri müxtəlif reaksiyalar və məsələlərdən təşkil olunub. Qruplar tələb olunan tapşırığı icra etdikdən sonra lövhədə yazıblar və kollektiv olaraq müzakirə ediblər. Dərsin sonunda ev tapşırığı verilib. məktəbli kitabçasına meyarlar yazılaraq qiymətləndirilmə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi