“İnsan alverinə qarşı mübarizə”

Fevralın 7-də məktəbin 8a, 8b, 10c siniflərində “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri bu mövzuda maarifləndirmək, onları məlumatlandırmaq, insan alverinin genişlənməsinin səbəbləri və bu prosesin qarşısının alınmasında cəmiyyətin dəstəyi yollarının işıqlandırılması olub.  

Şagirdlər tədbirdə insan alverinin hansı məqsəd və üsullarla törədilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində görülən işlər haqqında əldə etdikləri məlumatları bölüşüblər.

 Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova, UBR Əminə Həmzəyeva və fənn müəllimləri iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi