20 Yanvar Hüzn Günü

20 Yanvar Hüzn Günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib. Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu şərəfli və örnək sayılır. Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq. Bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımızdır.

20 Yanvar faciəsindən 30 il keçsə də şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir. Biz heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi