Ordumuza dəstək olaq!

Aprel ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin düşmənə cavab olaraq sarsıdıcı zərbələri xalqımızın illər uzunu arzuladığı qələbəyə olan inamını artırdı. Silahlı Qüvvəmiz ön cəbhədə üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirdi. Hər bir Azərbaycan vətəndaşı kimi ordumuza sevgisini, doğmalıq hissini bildirmək üçün Rüstəm Əliyev adına 3 №-li tam orta məktəbin kollektivi müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də könüllülük prinsipinə uyğun olaraq birdəfəlik öz əmək haqlarından müəyyən hissəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna keçirilməsidir. Biz lazım gələrsə Vətənimiz uğrunda canımızı verməyə deyil, yağıların canlarını almağa hazırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi