Riyaziyyat viktorinası təşkil edildi
Bu gün məktəbimizdə qabaqcıl müəllimlərin iştirakı ilə riyaziyyat fənnindən VII sinif şagirdləri arasında viktorina təşkil olunmuşdur. Viktorinanın keçirilməsində əsas məqsəd şagirdlərin elmə olan marağını artırmaq və onlar arasında sağlam rəqabətin, istedad bankının yaradılması idi. Şagirdlər böyük səylə viktorinaya qatılaraq bilik və bacarıqlarını nümayiş etdirdilər.