IX siniflərdə növbəti qiymətləndirmə
Dekabrın 27- də BŞTİ – nin göstərişinə əsasən, IX siniflərin buraxılış imtahanına hazırlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə məktəbdə növbəti qiymətləndirmə keçirilib. Sınaq qiymətləndirmə BŞTİ – nin göndərdiyi suallar Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə olub.
Qiymətləndirmə mütəşəkkil, obyektiv keçirilib. Nəticələr müəyyənləşdirilərək təyin olunmuş vaxta kurator tərəfindən məktəbə təqdim olunacaq.