IX siniflərdə diaqnostik imtahan

Dekabrın 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun olaraq ölkə üzrə bütün ümumtəhsil məktəblərinin 9-cu siniflərində buraxılış imtahanlarının 2-ci mərhələsinə hazırlıq məqsədi ilə sınaq imtahanı keçirilib. İmtahanın əsas məqsədi 9-cu sinif şagirdlərinin bilik, bacarıqlarını yoxlamaqdan ibarət olub. Şagirdlər 3 fəndən qapalı sualları müəyyən olunmuş vaxt ərzində cavablandırıblar. İmtahan obyektiv şəkildə aparılıb.
Sonda kurator cavab kartlarını yığaraq məktəbə təhvil verib.