“Valideynin məktəbdə bir günü”

Dekabrın 13-də “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak ediblər. Layihənin həyata keçirilməsində məqsəd valideynləri məktəb mühiti ilə daha yaxından tanış etmək, müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühit yaratmaq olub.

Görüşdə məktəbin direktoru Natəvan Əsədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Niftiyeva, tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova  müəllim-valideyn münasibətlərinin şagirdlərin təlim-tərbiyəsindəki rolundan danışıb və valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirməyin vacib olduğunu xüsusi vurğulayıb. Sonra valideynlər məktəb mühiti ilə tanış olublar. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə məlumat verillib. Valideynlər dərslərdə iştirak ediblər.

Valideynlərin məktəblə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədovanın  iştirakı ilə valideynlər arasında anket sorğusu keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi