12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günü

        XX əsrin ikinci yarısı - XXI əsrin əvvəli Azərbaycan tarixinə Heydər Əliyev epoxası kimi daxil olub. Ölkənin ən mürəkkəb, gərgin vəziyyətində xalqına dayaq olan, liderliyi ilə çıxış yolu tapa bilən, insanların həm bugünkü, həm də gələcək xoşbəxtliyini təmin edən dahi insan - Heydər Əliyev. 

        Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.

        Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.

        Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 16 ili tamam olur. Məktəbdə anım gününə həsr olunmuş tədbirlər keçirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi