IXç və VIIIc siniflərində " Uşaqların psixoseksual inkişaf mərhələləri " mövzusunda seminar dərsi keçirildi.

Ümumtəhsil məktəblərinin 2015-2016-cı tədris ilinin aprel ayı üçün fəaliyyət planına uyğun olaraq məktəbimizdə biologiya müəllimi Gülnarə Musayevanın IX ç və VIIIc siniflərində "Uşaqların psixoseksual inkişaf mərhələləri" mövzusunda seminar dərsi keçirildi. Məqsəd uşaqların cinsi maarifləndirilməsi, oğlan və qız tərbiyəsindəki fərqlilik, uşağın cinsi inkişafında valideynlərin rolu barədə şagirdləri məlumatlandırmaq idi. Gülnarə müəllimə sözügedən məsələlərə xüsusi incəliklə toxundu. Şagirdlərlə maraqlı sual-cavab yaratmağa nail oldu. Ətraf mühitin təsiri, internet alüdəçiliyi, valideyn laqeyidliyi kimi məsələlər qabardıldı, valideynin övladıyla daha yaxın münasibətinin vacibliyi vurğulandı, milli mentalitetdən irəli gələn bəzi məsələlərə daha müasir baxışın qaçılmaz olduğu qeyd olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi