"Azərbaycan üçün öyrət"

19.04.2016-cı il tarixli “Hyatt Regency” mehmanxanasında “ Azərbaycan üçün öyrət” təhsil proqramının təqdimat mərasimi keçirildi. Bu Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Burada məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Təqdimatda məktəbimizin şagirdləri – Həsənli Fəda, Tapdıqlı Zərəngiz, Aşırlı Nərmin,Qurbanova Mabilə və eləcədə rəhbərlik iştirak edirdi. Tədbirin sonunda şagirdlərimiz xatirə olaraq şəkillər çəkdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi