"Sən uca bir zirvəsən"

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Anım günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib. Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söyləmiş, onun haqqında maraqlı faktlardan söhbət açmışlar. Məktəbin 7b sinif şagirdləri tarix müəllimi Nigar Məmmədovanın rəhbərliyi ilə ulu öndərə həsr olunmuş "Sən uca bir zirvəsən" adlı ədəbi-bədii kompozisiyalı dərs nümayiş etdirib, Heydər Əliyevin tariximizdəki mühüm rolundan bəhs edib.

Tədbirlərdə məktəbin direktoru Natəvan Əsədova, tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova iştirak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi