"Ana, əsgər gedirəm" adlı ədəbi - bədii kompozisiya keçirildi
08.04.2016-cı il tarixdə şəhid İlqar Məmmədovun 42-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Binəqədi rayon İcra hakimiyyətinin məsul işçisi Seymur Hacıyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları,Binəqədi rayonu qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqaları iştirak edirdi. Tədbirin rəsmi hissəsini giriş sözü ilə məktəbin direktoru Şaiqə Hüseynova açdı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verildi.Əvvəlcə İlqarın komandiri Səxavət Mirzəyev çıxış edərək İlqarın keçdiyi şərəfli döyüş yolundan danışdı.Sonrakı çıxışçılar-şairə-həkim Nazilə Gültac,İlqarın sinif yoldaşı Arzu Xəlilova,sinif rəhbəri olmuş Almaz Əliyeva, şəhidin ailə üzvləri adından Hacı Rza Mahmudov Qarabağ, onun uğrunda gedən döyüşlər,aparılan mübarizə,dövlət siyasəti,Vətən və onun müqəddəsliyi,şəhidlik zirvəsi,İlqarın rəşadətli ömür yolu və s. haqqında söhbət açdılar. Sonda Binəqədi rayon İcra Hakimiyyətinin məsul işçisi Seymur Hacıyev çıxış etdi .Çıxışçı öz nitqində vətən sərhədlərinin toxunulmazlığı,Qarabağ, vətənpərvərlik, şəhidlik zirvəsi,məktəbimizdə keçirilən tədbirlərin yüksək səviyyəsi və s. barədə fikirlər söylədi.Tədbir "Ana ,əsgər gedirəm" adlı ədəbi-bədii kompozisiya ilə davam etdi .Kompozisiyanın hazırlanmasında məktəbin tərbiyə işləri üzrə direktor müavini Xatirə Rəhimbəyli,musiqi rəhbəri Sevinc İmanova,kitabxana müdiri Elmira Həmidova, şagirdlərdən Telman Budaqov,Nurlan İbrahimov,Günel Qurbanova,Nəsimi,Elçin və Zeynəb Məmmədovla Şahanə Orucova,Hüseyn Əhmədzadə,Sabir Quliyev,Leyla Osmanlı,Rəvan Abdullayev fəal iştirak etmişdilər.