29.05.2019-cu il tarixdə MKA-nən Təbiət fənləri bölməsində "Plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması" istiqamətində iclas keçirildi

Bildiyimiz kimi Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmri ilə "Azərbaycan Respublikasının plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasına dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq olunmuşdur. Təhsil Nazirliyinin qeyd olunan əmrinin icrasını təmin etmək məqsədi ilə BŞTİ tərəfindən 30.04.2019-cu il tarixli F-202 nömrəli əmr imzalanmışıdr. Bu əmr əsasında 298 nömrəli orta məktəb Tədbirlər planı hazırlamışdır. Adı gedən Tədbirlər Planına əsasən V-XI sinif şagirdlərindən ibarət könüllü müraciət edənlərə əsasən xüsusi qrup yaradıldı. 07.05.2019-cu il tarixdə qrupun yığıncaq iclası keçirildi. Yaradılmış qrup məktəbimizdə yaradılmış KA-nın nəzdində öz tədqiqat işlərini aparmış, "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri", "Alternativ qablaşdırma materialalrından istifadə etmənin əhəmiyyəti" mğvzularında araşdırmalar aparmışlar. 
29.05.2019-cu il tarixdə MKA-nən Təbiət fənləri bölməsi olaraq iclas keçirildi. Tədqiqatçı şagirdlər öz araşdırmalarını təqdim etdilər. Onlar öz çıxışlarında mövzuların tədqiqat obyektini əsaslandırdılar. Plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması və alternativ qablaşdırma materiallarından istifadə istiqamətdə öz təkliflərini irəli sürdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi