Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində şagirdlərimiz araşdırmalara başladılar
"Azərbaycan Respublikasının plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasına dair BŞTİ-nin Tədbirlər Planına əsasən 298 nömrəli orta məktəb Tədbirlər planı hazırlamışdır. Adı gedən Tədbirlər Planına əsasən V-XI sinif şagirdlərindən ibarət könüllü müraciət edənlərə əsasən xüsusi qrup yaradıldı. 07.05.2019-cu il tarixdə qrupun yığıncaq iclası keçirildi. İclasda məktəbin Təlim-Tərbiyə işləri üzrə direktor müavini Mahirə Nuriyeva və Kimya-Biologiya müəllimi Xuraman Cəfərova "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" və "Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti" mövzusunda qrup üzvləri üçün mühazirə oxuyaraq onları tədqiqatlar aparmaq üçün istiqamətləndirdilər. Qrupa üzv olan şagirdlər hazırlayacaqları mühazirə və təqdimatlarla məktəbin V-XI sinif şagirdlərinin bu mövzuda maariflənməsinə dəstək olacaqlar.