Məktəbimizdə "Lütfi Zadə adına Məktəblərarası IV Məntiq Olimpiadası" keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı ilə 4 may tarixində məktəbimizdə "Lütfi Zadə adına Məktəblərarası IV Məntiq Olimpiadası"nın ilk turu təşkil olundu. Məntiq olimpiadasında məktəbin V və VI siniflərində təhsil alan 14 şagird iştirak etdi. 25 sualdan ibarət kitabçalar iki variantdan hazırlanmışdı. Şagirdlərə bu sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verildi. İlk mərhələdə fərqlənən şagirdlər şəhər turunda iştirak etmək hüququ əldə edəcəkdir.