Zərərli vərdişlərə yox deyək!
25.04.2019-cu il tarixdə məktəbin 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.3.5 bəndinə, eyni za- manda “Bakı şəhəri 298№li tam orta məktəbin 19.04.2019-cu il tarixdə Bakı şəhəri 162№li tam orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlərin görülməsi barədə” BŞTİ-nin 18.04.2019-cu il tarixli K-411№li əmrinin icrası ilə bağlı hazırlanmış tədbirlər planının 3-cü bəndinə uyğun olaraq (Yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən müvafiq qurumların əməkdaşları ilə görüşlər keçirmək) tədbir keçirildi.Tədbirdə Binəqədi rayon Polis idarəsinin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Vüsal Rüstəmov Binəqədi rayon Polis İdarəsinin Azyaşlılar üzrə İşin Təşkili bölməsinin baş inspektoru polis polkovnik-leytenantı Fizzə Məmmədova. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə rəisi polis mayoru Gündüz Abdullayev, müəllimlər, sinif rəhbərləri, şagirdlər və valideynlər iştirak edirdilər
Görüşdə yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinin,hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması,sanitar-gigiyena rejminin gözlənilməsi ilə bağlı məruzələr edildi.Qonaqlar şagirdləri maraqlandıran suallara cavab verdilər.
Sonda şagirdlərlə xatirə şəkili çəkildi.