Psixoloqla görüş
23.04.2019 – cu il tarixdə “Bakı Şəhəri 298 №-li tam orta məktəbin 19.04.2019 – cu il tarixdə Bakı Şəhəri 162 N-li tam orta məktəbdə baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlərin görülməsi barədə” BŞTİ - nin 18.04.2019 - cu il tarixli K- 411N- li əmrinin icrası ilə bağlı Tədbirlər Planın da nəzərdə tutulmuş “Məktəblərdə psixoloji xidmət işini gücləndirmək məqsədi ilə psixoloqla görüş keçirmək” bəndinə uyğun tədbir həyata keçirildi. Tədbirdə Humel Psixologiya Mərkəzinin direktoru psixoloq Taryel Faziloğlu,məktəbin müəllimi və bir qrup valideynlər və şagirdlər iştirak edirdi. Görüş iştirakçıları “ Uşaq və internet şəbəkələri”, “ Uşaqların keçid dövründə məktəb və valideynlərin vəzifələri”, “Şagirdlərin peşə seçimi,peşə seçiminə hörmət və qayğı” və s. mövzularda müzakirələr apardılar. Valideynləri və şagirdləri maraqlandıran suallara cavab verildi.Daha sonra psixoloq Taryel Faziloğlu bir qrup şagirdlərlə fərdi söhbət apardı.