Vətənimizi tanıyaq
25.12.2018 tarixdə şagirdlər tərəfindən yaşadığı ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələrinin öyrənilməsi məqsədi iləBinəqədi ərazisində yerləşən palçıq vulkanına ekskursiya təşkil olundu. Binəqədi rayonu ərazisində yerləşən bu palçıq vulkanı "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan 52 palçıq vulkanından biridir.
Ekskursiya təşkilati işlər üzrə direktor müavini Xatirə Rəhimbəyli və tarix müəllimi Nuriyyə Qurbanova tərəfindən təşkil olunmuşdur.