Adın əbədidir
11.12.2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş
"Adın əbədidir" adlı dəyirmi masa təşkil olundu.Dəyirmi masaya Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla anılaraq başlandı. 8A sinif şagirdləri Ulu Öndərin həyat yolu,xalqımızın ictimai,siyasi,mədəni həyatında rolu və bu sahələrdə gördüyü işlər,qazandığı uğurlar barəsində çıxış etdilər,Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər.
Tədbirə rəhbərliyi tərbiyə işləri üzrə direktor müavini Xatirə Rəhimbəyli edirdi.Təşkilatçılar ədəbiyyat müəllimi Elnurə Məmmədova və kitabxana müdiri Elmira Həmidova idi.