6C sinfində tarix dərsi Ulu Öndər- Heydər Əliyevin xatirəsinə həsr olundu
Mən həmişə fəxr etmişəm
Bu gün də fəxr edirəm ki,
Mən Azərbaycanlıyam!!!
Məktəbimizin tarix müəllimi Pərvanə Məmmədova 6C sinfində dərsə bu sözlərlə başladı. Sonra isə sinfə belə bir sualla müraciət etdi: "Uşaqlar biz nə üçün bu gün dərsimizə belə başladıq?" Şagirdlər dərhal sualı cavablandırdılar.
Bəli bu günkü dərs dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olundu.
Müəllim Heydər Əliyevin həyatı haqqında video nümayiş etdirdi. Daha sonra videonun davamı olaraq şagirdlərə mühazirə söylədi. Müəllim öz mühazirəsində dahi şəxsiyət, dünyaşöhrətli siyasətçinin siyasi fəaliyyətinin iki hissədən ibarət olmasını və hər iki dövrdə yalnız və yalnız Azərbaycanın inkişafı üçün çalışdığını bir daha vurğuladı.
Mühazirədən sonra şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Çox qürurverici bir hal idi ki, şagirdlər belə kiçik olmasına baxmayaraq dahi insanın siyasi fəaliyyətini xırdalıqlarla təhlil edirdilər. "Əsrin müqaviləsi" şagirdlərin ən çox müzakirə etdiyi bir mövzu oldu. Şagirdlərin təqdimatları həm elektron həm də kağız formatında idi. Dərsin sonuna yaxınlaşanda şagirdlərin bu fikri məni çox düşündürdü: "Müəllim, biz Heydər Əliyevin yaratdığı Azərbaycan haqqında və eləcə də onun bizlər üçün etdiklərini nə qədər danışsaq da müzakirə etsək də azdır, buna zaman çatmaz".