Şagirdlərin yazı bacarıqları yoxlanılır
03 dekabr tarixindən etibarən məktəbimizdə rəhbərlik tərəfindən ibtidai siniflərdə təhsilalanların yazı bacarıqlarının yoxlanmasına start verilib. Belə ki, bu gün II və IV sinif şagirdləri üçün imla saatı təşkil olunub. Məqsədimiz şagirdlərin yazı bacarıqları və eləcə də dinləyib anlama bacarıqalrını inkişaf etdirmək üçün müəllimlərə metodik dəstək olmaqdan ibarətdir. İmlanı məktəbin direktoru və təlim-tərbiyə işlər üzrə direktor müavininin nəzarəti altında Azərbaycan dili və Ədəbiyyat müəllimləri apardılar. Daha sonra şagirdlərin yazıların yoxlanaraq müzakirə edildi.