8-ci sinif şagirdlərinin bilik bacarıqlarının qiymətləndirilməsi üçün monitorinq keçirildi
Məktəbin rəhbərliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilmə monitorinqləri davam edir. Noyabr ayının ilk həftəsində 8-ci sinif şagirdləri Riyaziyyat ,Azərbaycan dili fənləri üzrə monitorinqdə iştirak etdilər. Monitorinqlərin keçirilməsində məqsəd şagirdlərin məsuliyyətini artırmaq, zəif məqamları ayırd etmək və bu məqamları aradan qaldırmaq yollarını araşdırmaqla tədrisin keyfiyyətini artırmaqdır.