Məktəbimizdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması davam edir
Məktəbin yoxlama qrafikinə uyğun olaraq müxtəlif fənlər üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması aparılır. Bu proseslərin həyata keçirilməsində əsas məqsəd şagirdlərin marağını və diqqətini tədrisə cəlb edilmə, pedaqoji heyətin məsuliyyətini artıraraq şagirdlərin təlim nəticələrini düzgün əldə etməsinə nail olmaqdan ibarətdir. Bu yöndəaparılmış işlərin ümumilikdə məktəbdə tədrisin keyfiyyətinə müsbət təsir edəcəyini gözləyirik. Bu məqsədlə 30.10.2018-ci il tarixdə XI siniflərdə təhsilalanların riyaziyyat, Azərbaycan dili və ingilis dili fənləri üzrə bilik və bacarıqlarını izləməklə onu daha da inkişaf etdirmək üçün monitorinq keçirildi.