ibtidai siniflərdə keçirilmiş monitorinq nəticələri müzakirə edildi
Məktəbimizdə 27 aprel tarixində I və II siniflər üzrə valideyn iclası keçirildi.
İclasın keçirilməsində məqsədimiz ibtidai siniflərdə şagirdlərin yazı və oxu, eləcə də riyazı bacarıqların yoxlanması istiqamətində aparılmış monitorinqin nəticələrini müzakirə etmək, şagirdlərin güclü tərəflərinin qorunub saxlanması, zəif istiqamətlərin inkişaf etdirilməsindən ibarətdir. Görüşdə valideynlər, müəllimlər və rəhbərlik arasında zəif oxuyan şagirdlərlə iş qaydaları araşdırıldı, müzakirə edildi.