Məktəbimizdə "Zərərli vərdişlərə yox deyək" adlı elmi-sosialoji seminar keçiridi
21 aprel tarixində məktəbimizdə "Təbiət fənləri" aylığı çərçivəsində məktəbin biologiya müəllimi Sevinc Quliyevanın rəhbərliyi altında dəyirmi masa ətrafında ellmi-sosialoji seminar keçirildi.Seminarda zərərli vərdişlərin insan orqanizimin
təsiri zamanı törətdiyi fəsadlar haqqında şagirdlərin araşdırmaları təqdim olundu. Şagirdlərin araşdırmaları tütün məhsullarının, narkotik maddələrin insan orqanizmində bioloji dövranı və bu zaman yaratdığı xəstəliklər və cəmiyyətdə yaratdığı faciələrin təhlilini əhatə edirdi. Bundan əlavə şagirdlər kompyüter, planşet və telefonlardan düzgün istifadə qaydalarını tədqiq etdilər.
Müzakirələr aparıldı. Sonda müəllim "Zərərli vərdişlərə yox deyək" mövzusunda mühazirə oxudu.
Şagirdlərin seminrda əldə etdiyi nəticə isə belə oldu: Zərərli vərdişlərə yox deməklə həm özümüzün həm də gələcək nəsillərin sağlamlığını qorusaq cəmiyyətimizin sağlam gələcəyini təmin etmiş olarıq.