Məktəbimizdə rəhbərlik tərəfindən dərslərin dinlənilməsi davam edir.
14 aprel tarixində "Təbiət fənləri" aylığı çərçivəsində məktəb rəhbərliyi tərəfindən kimya fənni üzrə 8C sinfində Xuraman Cəfərovanın dərsi dinlənildi. Müəllim dərsə "Kation və anion nədir? sualı ilə başladı. Şagirdlər dinlənildikdən sonra sulfat və nitrat turşusunun, natrium-hidroksid və kalsium-hidroksidin dissosiasiyası tənliyini tərtib etmək şagirdlərə həvalə olundu. Şagirdlər araşdırmalar apardıqdan sonra işləri təqdim etdilər. Müzakirələr aparıldı. İnformasiyalar ətrafında fikirlər əsaslandırıldı. Müəllim mövzunu ümumiləşdirərək izahat verdi. Dərsin sonunda qiymətləndirmə aparıldı.Dərsdən sonra tədris işləri üzrə direktor müavini Mahirə Nuriyeva tərəfindən qymətləndirmə səiyyələri haqqında müəllimə metodik tövsiyyələr verildi.