Şəhid İlqar Məmmədovun 44 yaşını qeyd etdik
07.04.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və məktəbimizin birgə təşkilatçılığı ilə şəhid Məmmədov İlqar Qabil oğlunun anadan olmasının 44-cü il dönümünə həsr olunmuş "Qarabağ yol gözləyir" adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Qeyd edim ki, məktəbimiz İlqar Məmmədovun adını daşıyır. Tədbirdə Müdafiə Nazirliyi Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, BİH-nin, bələdiyyə nümayəndələri, məktəbin direktoru çıxış edərək şəhidin büstü üzərinə gül əklilləri qoydular.
Tədbiri giriş sözü ilə açan Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Təbliğat və Hərbi Kütləvi İş bölməsinin rəisi kapitan Qasımov Ramiı şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək bu müqəddəs və şərəfli zirvənin məqamlarını qeyd etdi.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Silahlı Qüvvələrin "Mahnı və Rəqs Ansamblının rəisi polkovnik -leytenant Zöhrab İmamquliyev ilk olaraq şəhidin büstün qarşısında çıxış edərək şəhidin əziz xatirəsini ehtiramla yad edərək xalqımızın qəhrəmanlıq salnaməsinə adularını qızıl hərflərlə yazılan şəhidlərə dövlət tərəfindən yüksək dəyər verildiyini qeyd etdi.
Rəsmi hissədən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin "Mahnı və Rəqs Ansamblının ifasında !Qarabağ yol gözləyr" adlı ədəbi-bədii kompozisiya nüamyiş etdirildi.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidin anası qardaşı, eləcə də tələbə sinif yoldaşları iştirak edirdilər