Fənn aylığı çərçivəsində 9C sinfində Ədəbiyat fənni üzrə açıq dərs təşkil olundu
23 fevral tarixində 9C sinfində məktəbin Azərbaycan dili və ədəbiyatı müəllimi Ziyafət Sultanovanın nümunəvi açıq dərsi baş tutdu.
Dərsin mövzusu Məmməd Arazın "Əskər məktubu" şeiri oldu. Dərsin motivasiya mərhələsində "Tütək səsi" filmindən kiçik bir kadr nümayiş olundu. Şagirdlər bu kadrlara öz münasibətini bildirdilər. Müəllim sinfə müraciət edir: Əskər deyəndə təsəvvürünüzdə kim canlanır? Heç indiyə qədər əskər məktubu almısınız? Şagirdlər sualları cavablandırdıqdan sonra qardaşı əskər olan 2 şagird qardaşlarından aldıqları məktubu oxudular. Mövzunu adı nəhayət ki, təxin olundu. Əskər nəğməsi oxundu. Sonra şeir misra-misra oxunub təhlil olundu. Şairin bu misrlarla oxucuya çatdırmaq istədiyi fikir və ifadələr izah olundu.