Şagirdlərimiz Azərbaycan Respublikası Hərbi Prokurorluğunda muzeydə oldular
26 fevral tarixində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin dəstəyi ile məktəbimizin bir qrup şagirdi Hərbi Prokurorluqda oldular. İlk olaraq şagirdlərə Xocalı soyqırımı haqqında videoçarx nümayiş olundu. Daha sonra muzeydə maraqlı faktlarla tanış oldular. Belə ki, onlar Gülüstan müqaviləsinin əlyazmasını canlı olaraq gördülər. Bundan əlavə "Xocalı və ətraf ərazilər" maketini seyr etdilər. Bu maketdə Xocalı 1992-ci il hadisələri və soyqırım baş verən məkan öz əksini tapmışdır.