Fənn aylığı çərçivəsində 1A sinfində nümunəvi açıq dərs dinlənildi

Fənn aylığı çərçivəsində 27 fevral tarixində 1A sinfində müəllim Şəfəq Rəsulovanın fasilitatorluğu altında nümunəvi açıq dərsi dinlənildi. 

Dərsin mövzusu: "Finalda"

Dərsə başlayan zaman ilk olaraq dövlət himnimiz səsləndi. Şagirdlər  böyük ruh yüksəkliyi ilə himni oxudular. Lövhədə Namiq Abdullayevin idman fəaliyyətinə həsr olunmuş kiçik videoçarx göstərildi. Sonra müəllim sinfə müraciət etdi: Uşaqlar himn nə zaman səslənir? Bayrağımız hhimnin sədaları altında səslənmə hansı zaman baş verir? Şagirdlər bu suallar ətrafında öz fikir və düşüncələrini söylədikdən sonra mövzunun mətni elektron lövhədə nümayiş etdirildi, müəllim tərəfindən səsləndirildi. Tədqiqat mərhələsində mətnə aid tapşırıqlar işlənildi. Müxtəlif testlərlə mətndəki fikirlər araşdırıldı. Müəllim yenidən sinfə müraciət edir: Uşaqlar, dövlət  himnimizin sədaları altında bayrağımızın qaldırılması üçün nə etməyi düşünürsüz? Şagirdlərin olduqca maraqlı fikirləri dinlənildi. Müəllim təlim nəticələrinə doğru addımlamaqla yanaşı şagirdlərdə vətənə, bayrağımıza, himnimizə sevgi aşılamağı bacarmışdı. Dərsin yaradıcı tətbiqetmə mərhələsində birincilər bayrağımızın şəklini çəkib rənglədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi