"Xocalı soyqırımı dünya mediasında" mövzusunda keçirilən dəyirmi masa mətbuatda işıqlandırıldı
https://azertag.az/xeber/Xocali_soyqirimi_dunya_mediasinda_movzusunda_deyirmi_masa_kechirilib-1139537
Fənn aylığı çərçivəsində 23.02.2018-ci il tarixdə Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin 10 A sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnurə Məmmədovanın dəyirmi masa ətrafında nümunəvi açıq dərsi oldu.
Dərsin mövzusu: "Xocalı faciəsi beynəlxalq mətbuatda"
Şagirdlər müxtəlif araşdırmalar apararaq beynəlxalq mətbuat orqanlarında bu faciə ilə bağlı məlumatların necə əks olunmasından bəhs etdilər. Tarix fənni ilə inteqrasiya olunmuş dərsdə tarix müəllimi Pərvanə Məmmədova çıxış edərək tarix boyu ermənilərin Azərbaycana etdiyi zülmkarlıqları şagirdlərin bir daha nəzərinə çatdırdı. Məlahət Əliyeva şagirdlərin haqq səsimizi dünyaya çatdırmaq üçün müxtəlif sosial şəbəkələrdən düzgün şəkildə istifadə etməyi tövsiyə etdi. Tədbirin sonunda məktəbimizin direktoru Şaiqə xanım Xocalı faciəsi ilə bağlı acı xatirələrindən danışdı.
Dəyirmi masa ətrafında aparılan açıq dərs AZƏRTAG.az informasiya agentliyi tərəfindən işıqlandırıldı.