"Molla Nəsrəddin" jurnalına həsr olunmuş dərsdə uşaqların aktivliyi yüksək idi

16 fevral tarixində 5A sinfində Azərbaycan tarixi fənindən "Molla Nəsrəddin" jurnalına həsr maraqlı dərs keçdi. Dərsi məktəbimizin tarix müəllimi Pərvanə Məmmədova aparırdı. Dərsin motivasiya mərhələsində müəllim şagirdlərə bir neçə jurnal göstərərək belə bir sualla müraciət etdi: "Sizcə, bu jurnallar nə üçün lazımdır? Bu jurnalların cəmiyyətdə rolu nədən ibarətdir?" Şagirdlər öz mülahizələrini söylədikdən sonra qrup işləri təşkil olundu. Qruplar "Molla Nəsrəddin" jurnalına aid mövzu ilə tanış olur. Dərsin ən maraqlı məqamı ondan ibarət oldu ki, hər bir qrup bu jurnalda  çap etmək istədikləri yazılarla zəngin jurnal hazırladı. 

Dərsin sonuna belə nəticəyə gəlindi ki bu jurnal zamanında cəmiyətin inkişafında çox böyük müsbət rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi