12 fevral tarixində "Firuzə qaşlı xəncər" mövzusunda açıq dərs keçirildi

12 fevral tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Nuriyevanın 5C sinfində açıq dərsi keçirildi. Dərsin mövzusu Elçin Hüseynbəylinin "Firuzə qaşlı xəncər" hekayəsi oldu. Dərs şagirdlərin ifasında dövlət himnimizin səslənməsi ilə başlandı. Sonra Xocalı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsini əks etdirən filmin nümayişindən sonra müəllim şagirdlərin filmə münasibət göstərməsini xahiş etdi. Tədqiqat sualı elan olunduqdan sonra hekayənin məzmununa aid tapşırıqlar təqdim  olundu. Şagirdlər tədqiqatı qruplar formasında apardılar. Araşdırmalar zamanı Promethean lövhədə Activİnspire proqramında hazırlanmış interaktiv tapşırıqlar da icra olundu. Araşdırmaların nəticələri qruplar tərəfindən  təqdim edildikdən sonra müzakirələr aparıldı. Müzakirələr zamanı müəllim sinfə belə bir sualla müraciət etdi: Uşaqlar hekayənin sonluğunun necə olmasını isterdiniz? Şagirdlərin cavabları dinlənildikdən sonra müəllimin rəhbərliyi ilə mövzu ümumiləşdirildi, nəticə çıxarıldı.Yaradıcı tətbiqetmə mərhələsində  hekayənin təhlilinə aid test tapşırıqları işləndi. Dərs zamanı hekayənin bəzi səhnələr rollu oyunlar vasitəsilə nümayiş olundu. Hekayənin sonluğu şagirdləri demək olar ki, məyus etmişdi. Onların vətənə sevgisini artırmaq və ruhsəkliyi yaratmaq üçün marş səsləndirdi. Dövlət himinmizin səslənməsi ilə başlanan dərs oğlanların ifasında "Əsgər marşı" ilə sona çatdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi