İbtidai siflərdə oxu texnikası yoxlanılır
Məktəbimizin ibtidai siniflərində təhsil alan şagirdləri arasında rəhbərlik tərəfindən oxu texnikasının yoxlanılmasına başlandı. İlkin olaraq bu, əlaçı şagirdlər arasında aparılır. Oxu texnikasının yoxlanılması aşağıdakı qiymətləndirmə meyarları əsasında həyata keçirilir.
1) 1 dəqiqədə daha çox söz oxumaq
2) aydın səlis oxumaq
3) oxunan mətni izah etmək
Oxu bacarıqlarının yoxlanılması fevral ayı ərzində davam edəcək. Ayın sonunda daha yüksək nəticə əldə etmiş şagirdlərin uğurları dəyərləndiriləcək.