BSQ-lərin keçirilməsi ilə bağlı iclas keçirildi
Məktəbimizdə BSQ-lərin keçirilməsi ilə bağlı metodbirləşmə rəhbərlərinin, direktor, təlim- tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavinin iştirakı ilə iclas keçirildi.
İclasda BSQ-lərin həyata keçirilməsi ilə bağlı komissiya yaradıldı.Qərara alındı ki, summativ qiymətləndirmə suallarının tərtibi ilə bağlı elektron bank yaradılsın. Qiymətləndirmənin həyata keçirilməsində şəffaflığı təmin etmək üçün istifadə olunan suallar tam olaraq yeniləsin.
Qiymətləndirmənin aparılmasını rəhbərlik 13.01.2018-ci il tarixdən təmin edəcək.