Pedaqoji mühazirələr
298№-li tam orta məktəbin Fəaliyyət planına uyğun olaraq " Təhsildə keyfiyyət ili" çərçivəsində pedaqoji mühazirələrin müzakirəsinə başlandı.Müzakirədə məktəbin metodibirləşmə üzvləri, direktor və müavini iştirak edirdi.
Məktəbin ibtidai sinif müəllimi Şəfəq Rəsulovanın “Müəllim –şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması” mövzusunda hazırladığı məruzə dinlənildi mövzu ətrafında çıxışlar oldu.Məktəbin riyaziyyat müəllimi, “Kurikulum üzrə təlimçi Aidə Quliyevanın çıxışı xüsusi maraq doğurdu.