Narkomaniyaya yox deyək

       31.10.2017-ci il tarixdə İ.Məmmədov adına 298 №-li tam orta məktəbdə Binəqədi rayonu Polis İdarəsi əməkdaşlarının iştirakı ilə "Narkomaniya - onun acı nəticələri" adlı tədbir keçirildi. Tədbirdə Binəqədi rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov,şəxsi heyət üzrə rəis müavini Oktay Süleymanlı,  yetkinlik yaşına çatmayanların işi üzrə baş inspektor Fizzə Məmmədova  və digər polis əməkdaşları iştirak edirdilər.

      Tədbiri giriş sözü ilə məktəbin direktoru Şaiqə Hüseynova açdı. O, "Narkomaniya və onun acı nəticələri" haqqında məruzə etmək üçün sözü Binəqədi rayon  Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılova verdi.

      Tədbirdə məktəbin yuxarı sinif şagirdləri,sinif rəhbərləri,UBR,fənn müəllimləri iştirak edirdilər.Şagirdlər natiqin dərin məzmunlu,sadə və səmimi çıxışını maraqla dinlədilər,alqışla qarşıladılar .

     Daha sonra narkomnaiyanın acı nəticələrini əks etdirən filmə baxıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi